Mübariz Mənsimov danışdı: "Mən xəyanət etməmişəm"

29 İyun 2020 12:58 Azərbaycan Futbolu 6 998
Mübariz Mənsimov danışdı: "Mən xəyanət etməmişəm"

"Məni dəstəkləyən əziz qardaşlarım, mənə edilən haqsızlıq qarşısında susmamanızı, müdafiə etməyinizi xahiş edirəm.

Bu çətin prosesdə məni tək qoymayan şirkət rəhbərlərimə, işçilərimə və vəkillərimə təşəkkürümü bildirirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın sahibi, həbsdə olan iş adamı Mübariz Mənsimov sosial şəbəkədə qeyd edib.

Klub rəhbəri keçmiş işçilərinin yalançı şahidliyinə görə aylardır həbsdə olduğunu vurğulayıb: “Artıq 103 gündən çoxdur ki, həbsdəyəm. Mənə qarşı böyük ədalətsizlik var.

Mənə təsir edən odur ki, beş il ədavət apardığım keçmiş işçilərimin yalançı şahidliyi ilə içəridə saxlanılıram. Sizdən soruşmaq istəyirəm, böhtan ilə bir insanı zindana atmaq asandır?

Elə bir formada təşkil olunub ki, mənim ədavətdə olduğum 5 yalançı şahidlərin sözləri ilə aylardır ictimaiyyəti çaşdırır və hələ də buna davam edirlər. Mən Türkiyə Cümhuriyyətinə xəyanət etməmişəm.

Şübhəsiz ki, vətənimə də xəyanət etməyə cəhd etməmişəm. Bu vəziyyət məni çox narahat edir. Mənə təsir edənlərdən biri də odur ki, beş xainlə eyni şirkətdə işlədim, eyni çörəyi bölüşdük, onlar heçmi vicdanlarını mühakimə etmirlər, heçmi içlərində Allah qorxusu yoxdur!?

Sentyabrdakı işimə baxan vicdanlı, qərəzsiz bir Türk məhkəmə heyətinə inamım sonsuzdur ... və bilirəm ki, günahsızlığım sübut olunacaq”.

Xəbər Lenti