Azərbaycan klubunun 4 futbolçusunda koronavirus aşkarlandı

25 May 2020 09:28 Azərbaycan Futbolu 1 437
Azərbaycan klubunun 4 futbolçusunda koronavirus aşkarlandı

Sportinfo.az xəbər verir ki, "Traktor"un baş məşqçisi Sakit İlhami komandanın futbolçularının dördündə yoluxma halının olduğunu açıqlayıb.

Təbriz komandasının çalışdırıcısı bildirib ki, İran Futbol Federasiyasının göndərdiyi sağlamlıq və gigiyena qaydalarına əməl etmələrinə baxmayaraq, koronavirus laboratoriya testlərinin nəticəsində 4 futbolçuda yoluxma halı təsbit edilib.

İlhami həmçinin deyib ki, bu vəziyyətdə digər oyunçular virus təhlükəsindən uzaq durmaq üçün komandanın məşqlərində İştirak etməyəcək: “Komandanın məşqləri bütün futbolçuların test nəticələri açıqlanana qədər bağlı olacaq”.

Daha öncə komandanın rəhbərlərindən olan Əyyub Zülfəqari futbolçuların testlərinin neqativ olduğunu açıqlamışdı.

Bundan əvvəl İran Futbol liqasının «Sepahan»nın 2, «Saypa»nın 1 və «Golgohər Sircan»ın 6 futbolçusunda virusa yoluxma halı aşkarlanmışdı.

İranın ən məşhur idman xəbər portalı «Varzesh3» liqanın tez bir zamanda başlamasını dəstəkləyən «Perspolis»in heyətində 2 nəfərin koronavirusa yoluxduğunu yazıb.

Koronavirusa yoluxan futbolçuların sayının artması İran Futbol Federasiyasını qərarlarını bir daha nəzərdən keçirmək məcburiyyətində buraxıb, İranın idman üzrə korona komitəsi mayın 26-da vəziyyəti incəlmək üçün bir araya gələcək.

Səhiyyə nazirinin müavini İrəc Hərirçi mayın 12-də pandemiyadan dolayı təxirə salınan İran liqasının oyunlarının mayın sonundan etibarən başlayacağını bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?