"De Byazinin dediyi odur ki, Biləcəridən o tərəfə tez keçmək lazımdır"

23 Avqust 2021 21:00 Azərbaycan Futbolu 910
"De Byazinin dediyi odur ki, Biləcəridən o tərəfə tez keçmək lazımdır"

"De Byazinin millimizə gəlişindən sonra sanki yerli futbolçularımızın ölkə xaricinə getməsi intensivləşib".

Bu sözləri Sportinfo.az-a açıqlamasında futbol mütəxəssisi Əfqan Talıbov deyib.

Təcrübəli məşqçi ölkə xaricinə getməyin vacibliyini vurğulayıb: "Mütləq azərbaycanlı futbolçular ölkə xaricində oynamalıdır. Yüksək liqa və ya aşğı liqa olmasından asılı olmayaraq bu istiqamətə işlər görülür. Buradan getməklə həm inkişafa nail olsunlar, həm də milli komandaya dəvət ediləndə fərqli futbol nümayiş etdirsinlər".

Talıbov De Byazinin də yerli mütəxəssislər kimi düşündüyünü bildirib: "De Byazinin çempionatımızı necə qiymətləndirməsini bilmirəm. Amma yerli mütəxəssislərimiz kimi onun da dedikləri odur ki, Biləcəridən o tərəfə tez keçmək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti