Kubokun final matçının hakimi Əliyar Ağayev oldu

23 May 2021 09:20 Azərbaycan Futbolu 680
Kubokun final matçının hakimi Əliyar Ağayev oldu

Azərbaycan Kubokunun final görüşünün bütün təyinatları müəyyənləşib.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, mayın 24-də "Bank Respublika Arena"da "Keşlə" və "Sumqayıt" arasında keçiriləcək görüş FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

Azərbaycan Premyer Liqasında son turun "Neftçi" - "Qarabağ" matçının baş hakimi olmuş digər beynəlxalq dərəcəli hakim Elçin Məsiyev bu dəfə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

24 may (bazar ertəsi)

19:30. Keşlə” – “Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Ehtiyat köməkçi hakim: Elşad Abdullayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Bank Respublika Arena”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"