Fanatlar zəngə məhəl qoymadı

25 Fevral 2022 23:20 Azarkeş 950
Fanatlar zəngə məhəl qoymadı

"Sumqayıt"ın qış fasiləsindən sonrakı uğursuzluğuna etiraz olaraq komandanın "kimyaçılar" azarkeş qrupunun boykot qərarı verməsini xəbər vermişdik.

Qərardan sonra klubun rəhbərliyi azarkeş qrupunun rəhbərliyi ilə əlaqə saxlayıb.

Zəngin məqsədi onları yenidən tribunalara qaytarmaq olub. Fanatlardan belə gündə komandanın yanında olmalarının vacibliyi vurğulanıb.

Amma bütün cəhdlərə rəğmən fanat qrupu qərarlarını dəyişməyəcəklərini bildiriblər. Bunun üçün verilən yalnış qərarların, uğursuz nəticələrin düzəlməsinin vacibliyi bir daha rəsmilərin diqqətinə çatdırılıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti