Premyer Liqanın üzünü ağardanlar - Yenə Gəncə, yenə də gəncəlilər!

02:40 Azarkeş 72
Premyer Liqanın üzünü ağardanlar - Yenə Gəncə, yenə də gəncəlilər!

Misli Premyer Liqasının 4-cü turunda "Kəpəz" və "Şamaxı" komandaları arasında Gəncə Şəhər Stadionunda keçirilən oyunda azarkeş sayına görə 2026/27 mövsümünün yeni rekordu qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu haqda "Kəpəz"in saytı məlumat yayıb.

Belə ki, sözügedən qarşılaşmanı 15 min tamaşaçı stadiondan izləyib.

Cari çempionatda buna qədərki rekord da gəncəli azarkeşlərlə bağlı idi. Avqustun 30-da "Turan Tovuz"la görüşdə tribunalarda 13500 futbol həvəskarı yer almışdı.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM