Üç ildən sonra Premyer Liqaya ev sahibliyi etdi, 10 ilin rekordunu vurdu

03:10 Azarkeş 43
Üç ildən sonra Premyer Liqaya ev sahibliyi etdi, 10 ilin rekordunu vurdu

Misli Premyer Liqasının 3-cü turu tamaşaçı rekordu ilə əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, “Kəpəz” – “Turan Tovuz” qarşılaşmasını (1:0) 13500 izləyici seyr edib.

Bu, həm cari mövsümün rekordu, həm də son 10 turnir üçün 2-ci göstəricidir.

Son 10 ildə Premyer Liqada yalnız bir oyunda daha çox tamaşaçı qeydə alınıb. Ötən mövsümün “Qarabağ” – “Sabah” matçını 17338 seyrçi tamaşa edib. Həmin oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Təxminən 3 ildən sonra Premyer Liqa matçına ev sahibliyi edən Gəncə şəhər stadionu üçün turnirdə son 10 mövsümün rekordu qeydə alınıb.

Bu arenada daha çox izləyici sonuncu dəfə 2016/17 mövsümündə olub. Bu, 2016-cı il sentyabrın 25-də “Qarabağ”la qarşılaşmaya təsadüf edib – 14238 tamaşaçı .

Digər Xəbərlər
Xəbər Lenti