Uğursuz start "Kəpəz" azarkeşlərini ayağa qaldırdı - "O, getməlidir"

27 Sentyabr 2021 15:00 Azarkeş 975
Uğursuz start "Kəpəz" azarkeşlərini ayağa qaldırdı - "O, getməlidir"

Azərbaycan I Divizionunda 2-ci tur arxada qaldı.

Mövsümöncəsi etdiyi transferlərlə gündəm olan və çempionluğa iddialı "Kəpəz"də işlər heç də yaxşı getmir.

Qərb təmsilçisi meydana çıxdığı hər iki oyunda da xal itkisinə üzülüb.

İlk turda "Qəbələ-2" ilə qolsuz heç-heçəyə razılaşan Yaşar Vahabzadənin yetirmələri ikinci turda da "Qaradağ Lökbatan"la bacarmadı.

Bölgə klubu 1:0 üstünlüyünü son dəqiqələrdə əldən verdi. Belə başlanğıc yerli azarkeşlərdə haqqlı narazılıq yaradıb.

Onsuz da ötən ildən Vahabzadə ilə yola getməyə fanatlar yeni mövsüm öncəsi bir qədər səbrli olmağa üstünlük vermişdilər.

Amma uğursuz nəticələr yenidən onları ayağa qaldırıb. Ən başlıca tələb ondan ibarətdir ki, Yaşar Vahabzadə istefa versin.

Təcrübəli mütəxəssis isə hələki yaşananlara reaksiya vermədən işinə davam etməyi üstün tutur. Amma görünür, bu gedişat onu heç də yaxşı sonluğa aparmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti