Nazarov Almaniyada mövsümün bərpasını qolla "yudu" - VİDEO

16 May 2020 20:40 Almaniya 952
Nazarov Almaniyada mövsümün bərpasını qolla "yudu" - VİDEO

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında koronavirus pandemiyasına görə dayandırılmış 2019/20 mövsümü bərpa olunub.

Sportinfo.az xəbər verir ki, bu gün 26-cı tura start verilib.

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb. Aue təmsilçisi doğma meydanda “Sandhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da Dmitri vurub. O, 5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə cari mövsümdə vurduğu qolların sayını 9-a çatdırıb.

26 turdan sonra 37 xala malik “Ersgebirge” 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"