Avropa Liqasında həftənin futbolçusu - "Vilyarreal"dan

28 May 2021 00:56 Avropa Liqası 1 313
Avropa Liqasında həftənin futbolçusu -

Avropa Liqasında final oyunundan sonra həftənin futbolçusu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu ada "Vilyarreal"ın yarımmüdafiəçisi Etyen Kapu layiq görülüb.

Fransalı oyunçunun İngiltərənin "Mançester Yunayted" komandası ilə həlledici matçda ötürmə dəqiqliyi 81 faiz təşkil edib.

Polşanın Qdansk şəhərində təşkil olunmuş qarşılaşmanın əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Penaltilər seriyasında "Vilyarreal" "Mançester Yunayted"ə 11:10 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!