Azərbaycan "Tokio-2020"yə daha bir lisenziya qazandı

24 Sentyabr 2019 17:51 Atıcılıq 802
Azərbaycan "Tokio-2020"yə daha bir lisenziya qazandı

Azərbaycan 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Sportinfo.az xəbər verir ki, güllə atıcılığı üzrə yığmamızın üzvü Ruslan Lunyov dördilliyin ən möhtəşəm yarışında iştirak hüququ əldə edib.

Atıcımız İtaliyanın Bolonya şəhərində təşkil olunmuş qitə çempionatında birinci yeri tutub. O, 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının final mərhələsində Avropa və dünya çempionatının, eləcə də Olimpiya Oyunlarının qalib və mükafatçıları ilə rəqabətdə Ukrayna idmançısı ilə eyni – 587 xal toplayıb. Lakin şəxsi göstəricilərə görə, rəqibi qabaqlayan Lunyov Avropa çempionatının qızıl medalını və olimpiya lisenziyasını qazanıb.

Azərbaycan bunadək "Tokio-2020"yə 6 lisenziyanı təmin edib. Qadın güləşçimiz, ikiqat dünya və Avropa çempionu Mariya Stadnik (50 kq), 97 kq-da sərbəst güləşdə olimpiya və dünya çempionumuz Şərif Şərifov, atletikanın çəkicatma növündə Anna Skidan, 400 metr məsafədə üzgüçü Maksim Şemberev, çoxnövçülükdə fərdi qaydada bədii gimnastımız Zöhrə Ağamirova və qrup komandası üzrə gimnastika millimiz Yaponiyada keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcəklər.

Parolimpiyaçılardan isə hələlik paraüzgüçü Roman Saleh və parapauerliftinqçi Elşən Hüseynov Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

32-ci Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək. XVI Yay Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-a qədər baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı