“Elə təəssürat yaratdı ki, sanki qələbə qazanmaq istəmirik”

22:40 Müsahibə 105
“Elə təəssürat yaratdı ki, sanki qələbə qazanmaq istəmirik”

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın yamaykalı yarımmüdafiəçisi Renaldo Sefas Premyer Liqanın birinci turunda “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra sualları cavablandırıb.

- Əvvəlcə oyun barədə fikirlərinizi bilmək istərdim...

- Məncə, yaxşı oyun oldu. İlk hissədəki çıxışımız elə təəssürat yaratdı ki, sanki qələbə qazanmaq istəmirik. Amma ikinci hissədə oyunu nəzarətə götürdük və daha rahat çıxış etdik.

- Bu mövsüm üçün əsas hədəfiniz nədir?

- Mənim üçün əsas məqsəd komandanın qələbə qazanmasıdır. Sadəcə istəyirəm ki, komanda qalib gəlsin. Hədəfim budur.

- “Tvente” ilə oyun barədə nə deyə bilərsiniz? Bu qarşılaşmada şanslarınızı necə qiymətləndirirsiniz?

- “Tvente” ilə oyuna da digər matçlar kimi yanaşmalıyıq. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Əsas odur ki, oyunu qalib kimi başa vuraq. O zaman hər şey yaxşı olacaq.

- Komandanın aparıcı üzvü Abdullah Zubir “Qarabağ”la vidalaşdı. Sizcə, onun gedişi komandanın oyununa nə dərəcədə təsir edəcək?

- Bu, bizim üçün böyük itkidir. Zubir komandanın ən vacib futbolçularından biri idi. Onun getməsi təbii ki, təsir edir. Amma futbol belədir: bəzi oyunçular gedir, yeniləri gəlir. Biz də buna uyğunlaşmalı və oyunumuza davam etməliyik.

- Öz çıxışınızı necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, normal çıxış edirəm. Hələ 100 faiz hazır deyiləm, amma getdikcə formaya düşürəm. Bir neçə oyundan sonra ən yaxşı vəziyyətə çatacağıma inanıram.

Digər Xəbərlər
Xəbər Lenti