“Qarabaöğ”dan ayrılacaq” xəbərinə reaksiya verdi: “İnanmasaydıq, heç getməzdik”

13:20 Müsahibə 136
“Qarabaöğ”dan ayrılacaq” xəbərinə reaksiya verdi: “İnanmasaydıq, heç getməzdik”

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Misli Premyer Liqasının ilk turunda “Şamaxı”ya qarşı keçirilən oyundan (3:1) sonra sualları cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Çempionatın ilk matçına çıxdıq. Bizim üçün 3 xal qazanmaq çox vacib idi. Bunu bacardıq. Oyuna gəldikdə, səhvlərimiz də oldu, bəzi məqamlarda yaxşı çıxış etdik. Məqsədimiz Konfrans Liqasının pley-off oyunu öncəsi özümüzə inamı qaytarmaq idi. Buna nail olduq. Sözsüz ki, ilk oyunda səhvlər olur.

- UEFA Konfrans Liqasında Liqa mərhələsinə vəsiqə qazanacağınıza inam nə dərəcədədir?

- Faiz nisbəti ilə dəyərləndirmək ciddi olmaz. Təbii ki, komandamızın mərhələ adlayacağına inanıram. Daha əvvəl nəyə qadir olduğumuzu sübut etmişik. Böyük klublara qarşı oyun təcrübəmiz var. İnanmasaydıq, heç səfər oyununa getməzdik. Təbii ki, “Tvente”yə qalib gələcəyimizə inanırıq.

- Digər klublardan təklif almısınız? “Qarabağ”da qalacaqsınız?

- Mənim “Qarabağ”la hələ bir illik müqaviləm var. Bu klubun futbolçusuyam.

- Türkiyə Superliqasına vəsiqə qazanan “Çorum” klubunun sizinlə yaxından maraqlandığı, lakin həyat yoldaşınızın həmin şəhəri bəyənməməsi səbəbindən keçidin baş tutmadığı deyilir. Bu, nə dərəcədə doğrudur?

- Xeyr, bu, yanlış məlumatdır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!