Qurban Qurbanova nə qədər vaxt lazımdır - 1 ay, yoxsa 1 il?

14:00 Qarabağ 1 037
Qurban Qurbanova nə qədər vaxt lazımdır - 1 ay, yoxsa 1 il?

«Qarabağ» mövsümün ilk xal itkisinə Zirədə uğradı.

Beşinci turda ayağı büdrəyən komandanın baş məşqçisi Qurban Qurbanov nikbin bir açıqlama verdi.

Yayda yığmsağa başladığı, təzə-təzə formalaşdırdığı heyətin tədricən özünə gəldiyini, bir müddət sonra əsas problemlərin arxada qalacağını söylədi.

Bu nikbinlik Qurbanovda hardandır, bilə bilmirəm. İllərin təcrübəsi var adamda, ona görə də şübhə bəsləmək istəmirəm dediklərinə.

Mütləq bildiyi bir şeylər var, əminəm.

O, heç vaxt yalan danışmayıb və danışmaz. Verdiyi hər vədin, dilinə gətirdiyi hər sözün ağası olaraq tanımışam Qurbanovu.

Zamanla topladığı müsbət imicini, dağdan ağır hörmətini belə asanlıqla xərcləməz.

Məni başqa məsələ narahat edir. Bunun da kökündə futbolçuların məsuliyyətsizliyi dayanır.

«Zirə» ilə qarşılaşmada Varkonyinin İssa Cibrilaya qarşı kobudluğu birbaşa qırmızı vərəqə idi, verilmədi. Referi epizoda gözünün birini yumdu, «sarı»yla kifayətləndi.

«Qarabağ» hədsiz top itkilərinə yol verdi, xətlər arasında əlaqə itdi, qol imkanlarının sayı az oldu. Fiziki cəhətdən əksər oyunçuların çatdırmadığı göründü.

Qurbanova bu çatışmazlıqları aradan qaldırmaq üçün vaxt lazımdır. Bunu özü də dilə gətirir, sadəcə, dəqiq tarixi açıqlamır ki, ona konkret nə qədər vaxt kifayətdir.

Bir ay, beş ay, yoxsa 1 il? Məncə, 1 ildən də artıq.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"