2025-ci ilin avro-yayını ilk dəfə «Araz-Naxçıvan»la açacağıq.
Elmar Baxşıyev Muxtar Respublika təmsilçisini sürətlə o hədəfə doğru aparır.
Premyer Liqanın ilk 15 turunda cəmi 1 məğlubiyyət alan komanda mayda avrokuboklara vəsiqə qazanmasa, bu, mövsümün ən böyük şansızlığı, hətta bədbəxtçiliyi olar.
Açığı, bəndəniz Baxşıyevin fürsəti qaçırmayacağına çox inanır.
Çünki o, sırf öz işiylə məşğuldur. Başını salıb aşağı, kənar söz-söhbətlərə boş qoşmur, heç kimə və heç nəyə fikir vermir, kiminləsə intriqa aparmır.
Həm futbolçularla, həm rəhbərliklə arası sazdır. Bu, olduqca əhəmiyyətli məsələdir.
«Araz-Naxçıvan» «1:0 olsun, mənim olsun» üçün oynamır. Boş-boş iddialardır.
Hər matçda ölüsü 3-4 qol epizodu yaradırlar. Bəzən bu say 6-7-yə çatır.
Məhsuldarlığın az olması Ramon Maçadonun 2 aydan artıqdır formasının zirvəsinə qalxmaması ilə əlaqədardır. Braziliyalı hücumçu hansısa şəxsi problem yaşayır, ona görə də çıxışı enişli və qalxışlıdır.
Bir temp tutub gedə bilmir. Odur ki, bütün güc Felipe Santosa düşüb.
Maçadonun «günahlar»ını həmyerlisi yuyur. Çempionatın əvvəlini qol mənasında boşa verən Santov indi demək olar hər həftə fərqlənir və yalnız eloğlusunu deyil, həmçinin komandasını «ip»dən alır.
MUSA