“Araz-Naxçıvan”ın müdafiəçisi Turan Manafov ölkə xaricindən yeni təklif alıb.
Gənclər yığmasının sabiq üzvünə ukraynadan dəvət gəlib.
Bu çağırış nə qədər maraqlı və bir o qədər qəribə görünsə də! Axı hazırda Ukraynada müharibə gedir.
Yüksək liqada mübarizə aparan “Kolos” Manafova rəsmən elçi düşüb.
Sözügedən komanda 17 turdan sonra 21 xal toplayıb. Kovalivka təmsilçisi hazırda 9-cu pillədə qərarlaşıb.
SPORTİNFO.AZ

