Azərbaycanda klub rəhbərliyi futbolçuları "BOYKOT" ETDİ!

10 Fevral 2024 11:20 Araz-Naxçıvan 2 925
Azərbaycanda klub rəhbərliyi futbolçuları "BOYKOT" ETDİ!

Son dönəmlərdəki uğursuz çıxış «Araz-Naxçıvan»da ikitirəlik yaradıb.

Klub rəhbərliyi və onların dəstəkçiləri futbolçulardan incik düşüb.

Onlar artıq oyunlara gəlmirlər. Narazı başbilənlər stadiona getməməklə komandanı bir növ boykot ediblər. Nə kollektiv üzvləri ilə görüşürlər, nə də buna maraq göstərirlər.

Baş məşqçi Azər Bağırov aradakı soyuqluğu aradan qaldırmaq üçün bir neçə dəfə təşəbbüs göstərsə də, bütün cəhdləri boşa çıxıb.

«Araz-Naxçıvan» Premyer Liqada bir neçə turdur qələbə qazana bilmir və turnir cədvəlində 6-cı pilləyə enib.

Muxtar Respublika təmsilçisi dünən də ölkə kubokunda mübarizəni dayandırıb. ¼ final mərhələsində «Qəbələ»yə rəqib olan «Araz» Mərdəkanda 1:1 oynadığı rəqibə səfərdə 0:2 hesabıyla uduzaraq, yarımfinala çıxa bilməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik