Premyer Liqa təmsilçisi 20 min ödəmə edəcək - Vidalaşdığı şəxsə

9 Aprel 15:00 Araz-Naxçıvan 1 616
Premyer Liqa təmsilçisi 20 min ödəmə edəcək - Vidalaşdığı şəxsə

«Araz Naxçıvan»la yollarını ayıran Azər Bağırov təzminat alacaq.

Muxtar Respublika təmsilçisi ilə keçmiş baş məşqçisi arasında bununla bağlı anlaşma əldə edilib.

Klub müqaviləyə qarışılıqlı razılıq əsasında xitam verən çalışdırıcıya qarşıdakı 2 ayın maaşını ödəyəcək. Bu məbləğ isə 20 min manat təşkil edir.

Bağırov üçüncü mövsümündə buradan ayrılıb. Hələ Region Liqasında mübarizə apardığı vaxt bölgə komandasının sükanı arxasına keçəcək mütəxəssis lazım olan işi görüb.

«Araz» onun rəhbərliyi altında Region Liqasının bürünc medallarını qazanıb. Növbəti mövsümdə isə o, əyalət klubunu I Liqanın çempionu edib.

Ötən ilin yayında Premyer Liqada debüt eləyən məşqçi «ağ-qırmızılar»ı 32 xalla turnir cədvəlinin 8-ci pilləsində təhvil verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti