"Neftçi" və "Turan" təklif göndərdi, maaşını artırdılar, qaldı

15 Aprel 10:40 Araz-Naxçıvan 3 632
"Neftçi" və "Turan" təklif göndərdi, maaşını artırdılar, qaldı

"Araz-Naxçıvan" İqor Ribeiro ilə müqavilənin müddətini uzadıb.

Oyunu ilə məşqçilər korpusunun etimadını qazanan braziliyalı mərkəz müdafiəçisi 2025/2026-ci il mövsümünün sonuna qədər Naxçıvan klubunun formasını geyinəcək.

Gsas heyətin daimi üzvü olan cənubui amerikalı 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.

Muxtar Respublika təmsilçisi "sambaçı"nı burada saxlamaq üçün onun məvacibini artırıb. Ribeiro qarşıdakı mövsümdə 16 min dollar əməkhaqqı alacaq.

Komandanın ən yüksəködənişli futbolçularından birinə çevrilən braziliyalının son vaxtlar bir sıra təkliflər aldığını bildirək. "Neftçi" və "Turan Tovuz" ona dəvət göndərdi

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti