Pulu ödənilmədi, azərbaycanlı oyunçu ŞİKAYƏTƏ GETDİ

26 İyun 2024 14:40 Araz-Naxçıvan 2 862
Pulu ödənilmədi, azərbaycanlı oyunçu ŞİKAYƏTƏ GETDİ

Azərbaycan yığmasının müdafiəçisi Bəxtiyar Həsənəlizadə «Tuzlaspor»dan şikayətçi düşüb.

Ötən mövsümü Türkiyədə keçirən arxa xətt oyunçusu yerli futbol federasiyasına (TFF) müraciət edib.

«Şamaxı», «Kəpəz», «Səbail» və «Araz-Naxçıvan»dan dəvət alan «Sumqayıt»ın yetirməsi sonuncuları seçsə də, hələ rəsmi müqavilə imzalaya bilməyib.

Həsənəlizadənin «Tuzlaspor»la sözləşməsi 2 illikdir. İyulun 1-də birillik dönəm arxada qalacaq. Onu narazı salan TFF I Liqa komandasının üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməməsidir.

Sezonun yekununa əsasən, çempionatda yerini qoruya bilməyən və II Liqaya yuvarlanan tuzlalıların Bəxtiyarın bir neçə aylıq əməkhaqqı borcu qalıb.

O, TFF-nın qapısını döyərək həm borcunun ödənilməsini, həm də müqaviləsinə xitam verilməsini istəyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!