COP29

Portuqaliyalı “Braqa”nı Bakıda gözləyən problemləri bir-bir açıqladı...

21 Fevral 21:20 Araz-Naxçıvan 1 583
Portuqaliyalı “Braqa”nı Bakıda gözləyən problemləri bir-bir açıqladı...

“Bu matçda azarkeşlik etdiyim komanda yoxdur,

Ümid edirəm maraqlı oyun olacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın portuqaliyalı legioneri Nuno Rodriges “Qarabağ” – “Braqa” qarşılaşması haqda danışarkən deyib.

Fevralın 15-də “Munisipal”da baş tutan görüşdə təmsilçimiz meydan sahiblərini 4:2 hesabı ilə məğlub etməklə dünyaya səs saldı. Sirr deyil ki, Bakıdakı oyun “köhlən atlar” üçün daha gərgin və çətin alınacaq.

Ölkəmizdə legioner həyatı yaşayan portuqaliyalı yarımmüdafiəçi “Braqa”nın Bakıda üzləşəcəyi problemlərdən söz açıb, cümə axşamkı matçı stadionda izləməyə çalışacağını bildirib:

“Düşünürəm ki, Bakıda “Braqa” üçün yenə çox çətin olacaq. Onları çox uzun və yorucu səfər gözləyir.

Buradakı hava şəraiti də Portuqaliyada öyrəşdiklərindən bir az fərqlidir. Üstəlik, 3 top fərqi ilə qələbə qazanmaq üçün daha çox risk edəcəklər, hücuma atılacaqlar.

Hesab üstünlüyünə görə daha rahat olan və öz meydanında oynayan “Qarabağ” oyunu idarə etməyə, səbrli olmağa və üstünlüyü qorumağa çalışacaq.

Qarşılaşmanın çox maraqlı olacağını düşünürəm. Oyuna canlı baxmaq üçün çalışacağam stadionda olum”.

Komandalar arasında fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"