Ramin Nəsirlinin yeni komandası məlum olub.
21 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan"la anlaşıb.
Nəsirli 6 aylıq müqaviləyə imza atıb. Yayda tərəflər ümumi razılığa gəlsələr, sözləşmənin müddəti daha 1 illik uzadılacaq.
Yeni transfer Naxçıvan təmsilçisində 11 nömrəli formanı geyinəcək.
Bakılıların heyətində 2022-ci ilin fevralında debüt edən, əsas komandada meydana çıxdığı 5 oyunda 1 qolla yadda qalan U-21-in üzvü 2023-cü ili icarə əsasında “Dauqavpils”də keçirib.
Ramin Latviya təmsilçisində 38 qarşılaşmada 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ