“Araz-Naxçıvan”: Əvvəl yox, indi gün görürük, gün!

12 Noyabr 2024 03:30 Araz-Naxçıvan 2 048
“Araz-Naxçıvan”: Əvvəl yox, indi gün görürük, gün!

"Araz-Naxçıvan” bir mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri cari çempionatda 9-cu dəfə qalib gəlib.

Naxçıvan təmsilçisi Premyer Liqanın XIII turunda “Sumqayıt”ı bir qolla məğlub edib.

“Araz-Naxçıvan” bunadək mövsüm ərzində ən çox qələbəni ötən çempionat əldə edib. Komanda 2023/24 mövsümünün 36 görüşündə 9 dəfə üç xala sevinib.

Bu dəfə Baxşıyevin yetirmələri eyni sayda qələbəni 13 matçda qazanıb. Növbəti qələbə yeni rekordla əlamətdar olacaq.

Naxçıvan klubu mübarizəni erkən dayandırdığı çempionatı saymasaq, yüksək dəstədə 4-cü mövsümünü keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq