Azərbaycanlı “Semih” komanda yoldaşlarına böyük miqdarda PUL QAZANDIRDI

20 Noyabr 2024 11:40 Araz-Naxçıvan 1 835
Azərbaycanlı “Semih” komanda yoldaşlarına böyük miqdarda PUL QAZANDIRDI

Ülvi İsgəndərov Premyer Liqanın cari mövsümündə qol hesabını 13-cü turda açdı.

Elmar Baxşıyevin yayda «Qəbələ»dən dəvət etdiyi hücumçu «Sumqayıt»la qarşılaşmada «Araz-Naxçıvan»a qələbə qazandırdı.

85-ci dəqiqədə Mustafa Əhmədzadənin yerinə meydana daxil olan azərbaycanlı “Semih Şüntürk” 2 dəqiqə sonra adını tabloya yazdırdı.

Ayda 8000 manat əməkhaqqı alan Ülvinin sayəsində 1:0 udan və turnir cədvəlinin ikinci pilləsində yerini möhkəmləndirən «Araz» 30 min manat əldə edib.

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov komandaya məhz bu qədər mükafat ödəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq