Premyer Liqada 2 aylıq baş məşqçi?

15 Aprel 15:00 Araz-Naxçıvan 1 020
Premyer Liqada 2 aylıq baş məşqçi?

Elmar Baxşıyevin işsiz günləri qısa çəkdi.

Martda «Qəbələ»dən uzaqlaşıdırılan baş məşqçi «Araz-Naxçıvan»da debüt etdi.

Adətən, yeni məşqçi gələndə bu, komandanın oyununda, nəticəsində öz müsbət əksini tapır.

Baxşıyevin nikbin düşünməsi üçün vaxtı çatmadı. «Neftçi» 1-ci dəqiqədə vurduğu qolla darmadağının əsasını qoydu.

«Araz»ın saatyarım vaxtı var idi, amma erkən qolun şokundan heç cür ayıla bilmədilər.

Azər Bağırovun dönəmində «Araz» bu rəqibi ilə üç dəfə qarşılaşmış, ikisində udmuşdu. Bir oyunda da heç-heçə qeydə alınmışdı.

Baxşıyev Bağırovun ayaqqabısını geyinmək üçün fürsət tapa bilməməsindən şikayətlənə bilər indi, Onu bilməsi lazımdır ki, mayın axırınadək vaxtı var hələ.

Biz görəcəyi işlərə zamanla qiymət verəcəyik.

Premyer Liqada mövsümün başa çatmasına 6 tur qalıb. Mövsümün ortasına kimi liderlər qrupundan qopmayan «Araz»ı minimum 8-ci pillədə saxlamaq yeni baş məşqçinin borcudur.

Artıq «Kəpəz»lə aradakı xal fərqi 1-ə enib və Baxşıyev əlindən gələni etməlidir ki, uğursuzluq zolağından çıxmaq mümkün olsun.

İşdir də, alınmaya bilər bu.

Onda nə etməli? Heç nə, çıxıb getməlidir.

Növbəti 2-3 tur dəqiqliyi ilə göstərəcək ki, komanda Baxşıyevin gedişindən nə dərəcədə təsirlənib, yaxud Baxşıyevin gəlişindən nə qədər müsbət enerji alıb.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti