COP29

Azərbaycan klubunda baş məşqçi təyinatının son anda alınmamasının ŞOK SƏBƏBİ BİLİNDİ!

17 Aprel 11:40 Araz-Naxçıvan 2 493
Azərbaycan klubunda baş məşqçi təyinatının son anda alınmamasının ŞOK SƏBƏBİ BİLİNDİ!

Uzun müddətdir qələbəyə həsrət qalan “Araz-Naxçıvan” “Kəpəz”ə məğlubiyyətdən sonra Azər Bağırovla yollarını ayırdı.

Onun boşaltdığı posta namizədlərdən biri Tərlan Əhmədov idi. Lakin adıçəkilən mütəxəssisin irəli sürdüyü şərt danışıqları yarımçıq qoyub.

Belədə sual yaranır: uzun müddətdir işsiz qalan Əhmədov niyə razılaşmayıb? Yaxud “Araz-Naxçıvan” kimi kluba “yox” deməsinnin səbəbi nədi?

53 yaşlı çalışdırıcı “Football-plus.az”a təklif olduğunu təsdiqləsə də, deyilənlərin həqiqəti tam əks etdirmədiyini və barəsində kimlərinsə qara piar apardığını bildirib:

“Məsələ ondadır ki, mən heç kimdən imtina etməmişəm. Eldəniz Yusubov mənə zəng etdi ki, bəs klub rəhbərliyi fikrinizi bilmək istəyir.

Sonra mənim qarşıma şərt qoyuldu, mən də “yox” dedim. Sonradan zənglərə cavab verə bilməmişəm, geridönüş edəndə isə mənim telefonuma reaksiya verilmədi.

Bu məsələ belə də qaldı. Onsuz da, illərdi üstümə şər atılır, adıma ləkə yaxılır.

Bu dəfə də deyildi ki, Tərlan Əhmədov klubun təklifini rədd etdi. Amma elə bir şey olmayıb.

Sadəcə, danışa, razılığa gələ bilməmişik. Bəzi insanlar şişirdib, başqa formada təqim edir.

Vaxtilə "Keşlə"də, "Neftçi"də, "Kəpəz"də - hamısında nəticə versəm də, adıma o qədər sözlər çıxarıldı. İndi yenə də qısa bir söhbət olub, onu da şişirdirlər ki, imtina etdi.

Elə bir şey yoxduR. Şərtlərdə razılaşmamışıq, sadəcə, məsələ bu formada olub. Hər halda Elmar Baxşıyev gətirildi. Uğurlar arzulayıram”.

Sabiq məşqçi klub rəhbərliyi önündə qoyduğu şərtləri isə belə izah edib:

“Azərbaycan klublarının hansısa çətin durumda olsa belə, heç vaxt qarşılarına böyük şərtlər qoymuram.

Onsuz da, nə qədər nəticə versəm də, adıma ləkə yaxırlar. Heç kim nəticəmə baxmır, elə deyilir ki, adında filan şey var.

Əlində əsasları olmasa belə, adıma o qədər söz eşidirəm. "Deyirlər" deyə-deyə karyerama zərbə vurdular.

Mən başa düşdüm ki, hələ ki futbol heç kimə lazım deyil. Ona görə də savadlı mütəxəssislərin hamısını kənarda qoyublar. Göstərdiyim nəticələr isə göz qabağındadır”.

Göründüyü kimi, T.Əhmədov üstürörtülü danışıb. Danışıqların baş tutmasına əngəl olan «əmma»nın yanından sükutla keçib. o «əmma» isə…

Artıq bizə bəllidir. Redaksiyamıza məlum olub ki, Əhmədov “Araz-Naxçıvan”dan gələn zəngə o ki var sevinib, uçmağa qanad tapmayıb.

Təkliflə ikiəlli razılaşıb, müxtəlif vədlər verib, Sadəcə, sonda bir şərt irəli sürüb.

Nə olsa yaxşıdır o? Deyib ki, mən gəlsəm, Əfran İsmayılov orada olmayacaq.

Bu şərt klub rəhbərliyinin xoşuna gəlməyib və Əhmədova “bura sənlik deyil“ mesajı verilib, beləcə, söhbət bağlanıb.

Əhmədovun İsmayılovla “qanlı-bıçaq“ olması ötən mövsümün ilk yarısına təsadüf edir. Həmin vaxt ikili “Kəpəz“də çalışırdı.

“Qarabağ“ın sabiq yarımmüdafiəçisi iclaslardan birində baş məşqçiyə cavab qaytarıb. Mübahisə böyüyüb və dava-dalaş həddinə çatıb, toplantı yarımçıq qalıb.

İsmayılov bu qalmaqaldan sonra Gəncə təmsilçisini tərk edib. Amma Əhmədovun yaxasını sakit buraxmayıb, mətbuata onun gizli əməlləri barədə şokedici açıqlamalar verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti