COP29

Nazirlər Kabineti göstəriş verdi, 5 namizəd sıraya düzüldü

26 Fevral 13:00 Araz-Naxçıvan 1 401
Nazirlər Kabineti göstəriş verdi, 5 namizəd sıraya düzüldü

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan şəhər stadionunun yenidənqurma layihəsinin işlənib hazırlanması barədə göstəriş verib.

Bu məqsədlə mart ayında tender elan olunacaq.

Hələlik tenderdə 5 şirkətin iştirak edəcəyi dəqiqləşb. Onlardan 3-ü Türkiyə, 1-i Niderland, 1-i də Azərbaycan şirkətidir.

Xeyli müddətdir təmiri gündəmdə olan arenada işlərə martın sonu, aprelin əvvəlində start verilməsi gözlənilir.

Tenderə qatılacaq inşaat brendlərinin nümayəndələri stadionla bağlı araşdırma aparıb, görülməsi istənilən işlərlə tanış olub.

Şirkətlər qarşıdakı günlərdə öz qiymətləri ilə yerli Nazirlər Kabinetini tanış edəcək. Söhbət, təbii ki, kapital təmirdən gedir.

Bölgəni Premyer Liqada təmsil eləyən «Araz-Naxçıvan» mövsümün qalan hissəsini də Bakıda keçirəcək. «Ağ-qırmızı»ların rəqibləri ilə Mərdəkanda qarşılaşdığını yada salaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!