Premyer Liqada istədiyini etmək üçün kimin "bığının altından keçməlisən"?

12 Mart 14:40 Araz-Naxçıvan 469
Premyer Liqada istədiyini etmək üçün kimin "bığının altından keçməlisən"?

Gözünüz aydın, axır ki, Azər Bağırov da dilə gəldi.

«Dilə gətirildi» desək, daha düzgün təsvir alınar.

«Araz-Naxçıvan»ın baş məşqçisinin Rəşad Əhmədov barədə söylədikləri neçə gündür dil-dil dolaşır. Adıçəkilən hakimi ağ yuyub, qara sərməyən bircə o qalmışdı, artıq Bağırov da ümumi kampaniyaya qoşulub.

«Qonşudan qalma geri» prnsipinə gec də olsa riayət etməyə başlayan Bağırovu hədəf almasalar yaxşıdır.

Sabaş başqa hakimlər də Rəşadın tərəfini saxlamaq niyyəti ilə «Araz»ın vayına otura bilərlər. Bunlara nə var, nə desən, gözləmək olar.

Ən böyük səhv «Araz» rəhbərliyindədir. Mövsmünü əvvəlində hədəflərinin avrokuboklar olmasını açıqlamaqla.

İstəyirsən, arzulayırsan, lap yaxşı da. Nə məcburdur ki, bunu ictimailəşdirəsən?

Bir hakim var, tanıyıram. Hardasa 10 il qabağın söhbətini edirəm. Deməli, bu hakim yeni təyinat alan baş məşqçidən soruşdu ki, məqsədiniz nədir?

O da cavabında dedi ki, niyyətimiz ilk «beşliy»ə düşməkdir. Həmin bu tanış hakim gülə-gülə qayıtdı ki, bəyəm, bizdən icazə almısız?

Mən bu dialoqu ondan-bundan eşitməmişəm ha, canlı qulaq şahidiyəm.

Dövr dəyişsə də, əksər hakimlərin klublara yanaşması dəyişməyib. Biriləri sifariş yerinə yetirir, biriləri nəsə umur, biriləri də aradakı vasitəçiyə görə iş görür.

Bu, Premyer Liqada da belədir, I Liqada da, II Liqada da.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"