Premyer Liqa klubunda 1 illik müqavilə - Dördüncü transfer

31 May 2024 08:30 Araz-Naxçıvan 1 125
Premyer Liqa klubunda 1 illik müqavilə - Dördüncü transfer

Araz-Naxçıvan" daha bir transferi reallaşdırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət Tərlan Əhmədlidən gedir.

Naxçıvan təmsilçisi qolkiperlə 1 illik müqaviləyə qol çəkib.

29 yaşlı qapıçı yeni mövsümün sonuna qədər Premyer Liqa klubunda çıxış edəcək.

Son iki mövsümü “Turan Tovuz”da keçirən qolkiper karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

“Araz-Naxçıvan” Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik