Komandaya bu qədər çox pul verən tanınmış şəxs kimdir?

9 Noyabr 2024 11:20 Araz-Naxçıvan 3 515
Komandaya bu qədər çox pul verən tanınmış şəxs kimdir?

Premyer Liqanın üçüncü turundan təxirə salınmış matçda «Zirə»yə 1:0 hesabıyla qalib gələn «Araz-Naxçıvan»ın qazancı məlum olub.

Ürfan Abbasovun 48-ci dəqiqədə vurduğu qolla 3 xal əldə edən Muxtar Respublika təmsilçisinin futbolçuları böyük miqdarda irəli düşüb.

Belə ki, yerli futbol federasiyasının prezidenti Zaur Axundov komandaya 60 min manat mükafat verib.

Elmar Baxşıyevin çalışdırdığı kollektiv çempionatda 11 oyun keçirib, 24 xal toplayıb.

Üçüncü pillədə yer alan «Araz» ondan 1 matç çox keçirmiş «Turan Tovuz «dan 1 xal geri qalır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!