Azərbaycan klubu eyni ölkədən olan iki nəfəri yola saldı

31 May 2024 20:40 Araz-Naxçıvan 2 180
Azərbaycan klubu eyni ölkədən olan iki nəfəri yola saldı

“Araz-Naxçıvan”da iki ayrılıq yaşanıb.

Bosniya və Herseqovinadan olan Semir Bukviç və Numan Kurdiçlə başa çatan müqavilə yenilənməyib.

Bu barədə Bosniyanın sportsport.ba saytı məlumat yayıb.

Xəbərdə hər iki futbolçunun karyerasını “Araz-Naxçıvan”da davam etdirməyəcəyi, Kurdiçin böyük ehtimalla Çexiyaya yollanacağı qeyd olunub.

Komandadakı digər bosniyalı Miço Kuzmanoviçlə yeni sözləşmə əldə olunacaq. Hazırda tərəflər arasında danışıqlar davam edir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti