Azərbaycan klubu daha bir əcnəbini bura gəlməyə razı saldı – TRANSFER XƏBƏRİ

6 İyul 2024 12:40 Araz-Naxçıvan 7 212
Azərbaycan klubu daha bir əcnəbini bura gəlməyə razı saldı – TRANSFER XƏBƏRİ

«Araz-Naxçıvan» bir-birinin ardınca transfer «bombalar»ını partlatmaqdadır.

İddialı heyət quran və son olaraq millinin müdafiəçisi Bəxtiyar Həsənəlizadəni sıralarına qatan Muxtar Respublika təmsilçisi yeni xəbəri açıqlamağa hazırlaşır.

«Ağ-qırmızılar» bu dəfə Portuqaliya bazarına üz tutub. Bernardo Oliveyra Diasla razılıq əldə olunub.

27 yaşlı yarımmüdafiəçi «Benifka»nın yetirməsidir.

Hücumameylli oyunçu 2023-cü ildən «Torrense»nin şərəfini qoruyur və burada keçirdiyi 21 oyunda 4 qol vurub.

Dias daha əvvəl «Belensiyeş», B-SAD, «Çaves» və «Doxa»nın (Cənubi Kipr) formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR