Əvəzedicilər Liqasında 8-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, “Şamaxı-2” isə “Şəfa-2” ilə ev oyununda məğlub olub.
“Qəbələ-2” öz meydanında “Sabah-2”ni qəbul edib. Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub.
Matçın taleyini bir qol həll edib. İlk yarının sonlarında fərqlənən Daniel Eşimoxayın qolu “qırmızı-qaralar”a 3 xal qazandırıb. 8 oyunda 22 xal toplayan “Qəbələ-2” turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.
“Qəbələ-2” – “Sabah-2” 1:0
Qol: Daniel Eşimoxay, 37.
“Şamaxı-2” – “Şəfa-2” 2:4
Qollar: Fərid Quliyev, 13. İsmayıl Səməndərli, 74 – Murad Mustafayev, 25. Natiq Ağamalıyev, 89. Aslan Hüseynov, 90+1. Nicat Quliyev, 90+2.
