“Sabah”la oyundan öncə “Boqo Qlimt”dən məğlubiyyət aldılar

10:00 Dünya futbolu 133
“Sabah”la oyundan öncə “Boqo Qlimt”dən məğlubiyyət aldılar

Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ın növbəti rəqibi olan “Vikinq” Norveç çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda 25-ci tur çərçivəsində səfərdə “Boqo Qlimt”in qonağı olub.

5 qolun vurulduğu görüş “Sabah”ın rəqibinin məğlubiyyəti ilə başa çatıb.

Məğlubiyyətə baxmayaraq, “Vikinq” 59 xalla liderliyini davam etdirir.

Liqa mərhələsinin IV turuna təsadüf edəcək “Vikinq” - “Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə 00:00-da start götürəcək. Qarşılaşma Stavangerdəki “Lyse Arena”da oynanılacaq.

3 turdan sonra “Sabah” 3 xalla 36 komanda arasında 25-ci, “Vikinq” isə 1 xalla 33-cü pillədə qərarlaşıb.

“Boqo Qlimt” - “Vikinq” 3:2
Qollar:
Falçener, 4-avtoqol (1:0), Helmersen, 15 (2:0), Haugen, 32 (2:1), Botheim, 39 (2:2), Hauje, 43 (3:2)

Digər Xəbərlər
Xəbər Lenti