Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc qazandı

04:10 Cüdo 76
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində fəxri kürsüyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi İrakli Qoqinaşviliyə qalib gəlib.

Beləliklə, Heydərov turniri bürünc medalla başa vurub. Bu, Azərbaycan millisinin Əbu-Dabi Böyük Dəbilqəsində qazandığı dördüncü medal olub.

Daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal əldə ediblər.

Digər Xəbərlər
Xəbər Lenti