Yunınstan və Ərəbistan klubları “Sabah”dan kimin arxasınca düşüb?

12:40 Sabah 157
Yunınstan və Ərəbistan klubları “Sabah”dan kimin arxasınca düşüb?

“Olimpiakos” “Sabah”ın müdafiəçisi Stiv Solveti transfer etməkdə maraqlıdır.

Sportinfo.az xəbər verir ki, Pirey təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq üçün hərəkətə keçməyə hazırlaşır.

“Olimpiakos” və Səudiyyə Ərəbistanından “Əl-Xəlic” yanvar ayından etibarən onunla maraqlanır. Yunanıstan klubu rəqiblərini qabaqlayaraq transferi reallaşdırmaq niyyətindədir.

Solvetin “Sabah”la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Bu səbəbdən yanvardan etibarən digər komandalarla ilkin müqavilə imzalamaq hüququ qazanacaq. Bakı təmsilçisi isə müdafiəçi ilə müqavilənin müddətini uzatmağa çalışır.

Boyu 191 sm olan qvadelupalı 2025-ci ilin yayında Fransandan - “Martiq”dən azad agent kimi “Sabah”a keçib. O, karyerası ərzində “Strasburq” və “Dijon”da da çıxış edib.

Solvet cari mövsümdə “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi hər iki oyunda iştirak edib. Bu turnirdə 163 dəqiqə meydanda olub.

“Sabah” oktyabrın 13-də Çempionlar Liqasında Çexiyadan “Slaviya”nı 2:0 hesabı ilə məğlub edib, oktyabrın 20-də isə “Borussiya”ya (Dortmund) 1:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti