"Qarabağ"dakı erkən ayrılığın gizli detalları BİLİNDİ

22:20 Qarabağ 217
"Qarabağ"dakı erkən ayrılığın gizli detalları BİLİNDİ

Nəhayət, "Qarabağ"da gözlənilən ayrılıq baş tutdu.

Abbas Hüseynov klubdan getdi.

Əslində, bu ayrılığın ötən yay baş tutması gözlənilirdi.

Klub müdafiəçiyə müraciət edərək qarşılıqlı razılıq əsasında yolları ayırmağı təklif etmişdi.

Lakin Abbas komandadan getmək əvəzinə, əvəzedici heyətdə çıxış etməklə müqavilə üzrə maaşını almağa üstünlük vermişdi.

Ancaq mövsümün başlamasından təxminən 3 ay sonra tərəflər ortaq məxrəcə gələ biliblər.

Belə ki, Abbas Hüseynovla “Qarabağ” arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Lakin bu ayrılıq Ağdam klubu üçün xərcsiz başa gəlməyib. “Qarabağ” 2027-ci ilin yayına qədər müqaviləsi olan müdafiəçinin yanvar ayına qədər olan maaşı əvvəlcədən ödəyib.

Yalnız bundan sonra tərəflər yollarını ayırmaq barədə razılığa gəliblər.

31 yaşlı futbolçu 2017-ci ildən "köhlən atlar"ın formasını geyinirdi.

Bu ilin aprel ayında intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən Elvin Cəfərquliyev birgə əsas komandadan əvəzedici heyətə göndərilmişdi.

Bir müddət sonra Cəfərquliyev bağışlansa da Abbas üçün qərar sona qədər dəyişmədi.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti