“Qarabağ”dan beş cümləlik İDDİALI AÇIQLAMA!

20:00 Qarabağ 238
“Qarabağ”dan beş cümləlik İDDİALI AÇIQLAMA!

“Qarabağ”ın Premyer Liqadanın 10-cu turundakı rəqibi “Qəbələ”dir.

Bölgə təmsilçisi hər nə qədər əvvəlki günlərindən uzaq düşsə də, zaman-zaman sürpriz nəticələrə imza atmağı bacarıb.

Üstəlik, Qəbələnin özünəməxsus hava şəraitinə uyğunlaşmaq və burada oynamaq qonaq komandalar üçün ciddi problemdir.

“Qırmızı-qaralar”ın ötən həftə Şamaxıda “Araz-Naxçıvan”ı məğlub etməsi komandada ruh yüksəkliyi yaratması da meydan sahibləri üçün müsbət amildir.

Bütün bunların fonunda “Qarabağ”lılar nə düşünür? Bu və digər faktlar ağdamlıların qəbələlilərdən xal almasına səbəb ola bilərmi?

“Köhlən atlar”ın portuqaliyalı yarımmüdafiəçisi Samuel Lobato Sportinfo.az-a açıqlamasnda qarşıdakı matçla bağlı iddialı danışıb:

“Biz oyunu və nəticəni rəqibin adına, yaxud stadionun harada yerləşməsinə uyğun qurmuruq. Hər matça qələbə qazanmaq üçün çıxırıq.

“Qəbələ” ilə qarşılaşma da bu baxımdan istisna olmayacaq. Məqsədimiz 3 xaldır. Qəbələyə onun dalınca gedəcəyik”.

Oktyabrın 31-də Qəbələ şəhər stadionunda baş tutacaq oyun saat 17:30-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti