Valdas Dambrauskas "Sabah"dan ayrıla bilər - İstanbul nəhəngi ELÇİ DÜŞDÜ

19:00 Sabah 304
Valdas Dambrauskas "Sabah"dan ayrıla bilər - İstanbul nəhəngi ELÇİ DÜŞDÜ

Valdas Dambrauskas "Sabah"dan ayrıla bilər.

Litvalı mütəxəssisə Avropadan ciddi təkliflər gəlib.

Siyahının başında Türkiyə nəhəngi "Fənərbaxça" durur.

İstanbul təmsilçisi ciddi cəhdlə Dambrauskasın xidmətində maraqlıdır.

49 yaşlı mütəxəssis son qərarını verməyib.

Əcnəbi baş məşqçi 2025-ci ilin yayından "Bayquşlar"ı çalışdırır.

Klub onun rəhbərliyi altında qısa müddətdə böyük uğur yolu keçib.

Ötən mövsüm qızıl dubl edən "Sabah" hazırda Çempionlar Liqasında çıxış edir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti