Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalına bu gün yekun vurulub.
Sportinfo.az xəbər verir ki, A liqasının həlledici final oyununda İspaniya və Çexiya komandaları qarşılaşıb.
Bakı Kristal Zalında keçirilən həlledici oyun İspaniyanın qələbəsi ilə başa çatıb - 3:0.
Beləliklə, ilk dəfə Azərbaycanda keçirilən U-15 dünya çempionatının qalibi adını İspaniya qazanıb.
189 ölkənin yarışdığı çempionatda Azərbaycan millisi isə 84-cü yeri tutub.
