Pulsuz qalan futbolçularını dilə tutdu - Xahiş edirəm, mənə köməklik göstərin

18:00 I Divizion 143
Pulsuz qalan futbolçularını dilə tutdu - Xahiş edirəm, mənə köməklik göstərin

«Mingəçevir»in baş məşqçisi Elman Sultanov bu gün ilk imtahanı verib.

Söhbət «Pro» kaieqoriyası almaq üçün onun etdiyi növbəti cəhddən gedir.

Belə ki, mütəxəssis Mingəçevir şəhər stadionunda 20-yə yaxın futbolçunun iştirakıyla AFFA-dan gəlmiş «mentlər»in qarşısında meydana çıxıb. Bu proses sabah saat 15:00-da bir daha təkrarlanacaq.

Sultanov onunla birgə kurslara qatılmış digər həmkarlarından fərqli olaraq, yayda «Pro» ala bilməyib. Praktiki məşğələlərdən kəsildiyi üçün lisenziya alması indiyə qalıb.

«Difai»ni ötən mövsüm I Liqada saxlamağı bacarmayan çalışdırıcı bugünkü imtahandan öncə çətin vəziyyətlə üzləşib.

İki aydan artıqdır maaş almayan və bu səbəbdən son iki həftədə məşqə çıxmayan «Mingəçevir»li oyunçuları o, güc-bəla ilə dilə tutub.

Deyib ki, əgər məşq baş tutmasa, «Pro» almaq üçün 2 ildir çəkdiyi bütün əziyyət hədər gedəcək. Xahiş edib ki, ona köməklik göstərsinlər, əks halda, pərt vəziyyətdə qalacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti