Klubların dünya reytinqi yenilənib.
Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasının iştirakçıları da son cədvəllə müqayisədə yerdəyişmələr ediblər.
Azərbaycanın ən reytinqli klubu hazırda “Sabah”dır. Son çempion 83,8 əmsalla dünyanın 139-cu sırasındadır. Valdas Dambrauskasın yetirmələri 3 pillə geriləyiblər.
Uzun illər ən reytinqli klubumuz olan, hətta ilk “100-lüy”ə düşən “Qarabağ” bu dəfə “Sabah”dan geri qalır. Qurban Qurbanovun kollektivi 11 addım irəliləyərək 198-ci pillədə qərarlaşıb.
“Neftçi”, “Zirə” və “Turan Tovuz” da ilk “1000-lik”də qərarlaşırlar.
Əvvəlki reytinq cədvəli ilə müqayisədə “Qarabağ”la yanaşı, “Zirə”, “Turan Tovuz”, “İmişli”, “Kəpəz” və “Qəbələ” də irəliləyişə nail olublar. Xüsusən də sonuncuların 110 komandanı geridə qoymaları diqqət çəkir.
“Sabah”la bərabər isə “Neftçi”, “Şamaxı”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Şəfa”da geriləmə müşahidə edilib.
Dünya reytinqində Azərbaycan klublarının mövqeyi:
139 (-3). “Sabah” – 83,8 əmsal
198 (+11). “Qarabağ” – 82,5
432 (-19). “Neftçi” – 78,7
591 (+10). “Zirə” – 76,9
675 (+13). “Turan Tovuz” – 76,0
1139 (-31). “Şamaxı” – 72,1
1314 (+55). “İmişli” – 70,9
1441 (-27). “Sumqayıt” – 70,1
1509 (-82). “Araz-Naxçıvan” – 69,7
1627 (+99). “Kəpəz” – 69,1
1705 (+110). “Qəbələ” – 68,7
1772 (-126). “Şəfa” – 68,4
Dünya reytinqinə maksimum – 100,0 əmsalla İngiltərə təmsilçisi “Arsenal” başçılıq edir. “Bayern” (99,5) və “Mançester Siti” (98,3) ilk “üçlüy”ün digər sakinləridir.
