“Sabah” tanınmış klublara köks ötdürdü, Avropada birinci oldu

11:20 Sabah 132
“Sabah” tanınmış klublara köks ötdürdü, Avropada birinci oldu

2026-27 mövsümündə Avropanın milli çempionatlarında ən az qol buraxan komandaların siyahısı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” qitə reytinqinə başçılıq edir.

Misli Premyer Liqasının geridə qalan 9 turundakı nəticəsi ilə qəsəbə təmsilçisi Avropanın ən yaxşısıdır. Belə ki, keçirdiyi 8 matçda ümumilikdə 1 qol buraxan “Sabah” ən etibarlı müdafiə və qapı xəttinə malikdir.

Valdas Dambrauskasın yetirmələri orta hesabla hər qarşılaşmada 0,13 top buraxıb ki, bu göstəricidə də əlçatmazdırlar. Albaniya “Teuta”sı və Yunanıstan “Olimpiakos”u öz çempionatlarında keçirdikləri 8 oyunda 2 dəfə mərkəzə dəvət olunublar.

“Pafos” (Kipr), AEK (Yunanıstan) və “Strassen” (Lüksemburq) 3 qol buraxıblar. Dortmund “Borussiya”sı (Almaniya), “Panatinaikos” (Yunanıstan), “Gent” (Belçika) və “Portu” (Portuqaliya) qapılarında 4 top görüblər ki, bununla 7-10-cu yerləri bölüşürlər.

Çempionatın startındakı 9 matçda 6 qol buraxan “Turan Tovuz” hazırda Avropada 19-31-ci yerləri bölüşür. “Bayern” (Almaniya), “Lids” (İngiltərə), “Lill” (Fransa) və “Seltik” (Şotlandiya) kimi tanınmış klublar “Turan Tovuz”la eyni göstəriciyə malikdirlər.

Digər Xəbərlər
Xəbər Lenti