«Sabah» çox yorğundur.
Ağr qrafik futbolçuları əldən salmayıb yalnız.
Valdas Dambrauskas da psixoloji cəhətdən gərgindir. Müəyyən qədər formadan düşüb.
Bunu tək biz demirik. Səmimi etirafı özündən də eşitdik
Tovuzda. Bəzi təktiki səhvlərə yol verdiyini dedi, 2:3 hesablı məğlubiyyətin bütün məsuliyyətini üzərinə götürdü.
Hər məşqçidən bunca səmimiyyət görmürük. Dambrauskas xətalarını dilinə gətirməklə, həmkarlarına örnək duruş sərgilədi.
Üzüyünün qaşı düşmədi bununla. Maraqlı, doğru-dürüst insandır.
Çempionlar Liqası «Sabah»ın fiziki cəhətdən «qanını sorur». Premyer Liqaya bir qədər tükənmiş çıxırlar. İki «cəbhə»də mücadilə eləmək bütün futbolçuların başı üçün deyil.
Bu dəmdə Velko Simiçin zədələnməsi, Umarali Rahmonaliyevin yorğunluğu Dambrauskasın əlini boşaltmış kimi görünür.
İki aparıcı yarımmüdafiəçinin yoxluğu «Sabah»ın onlardan asılılıq dərəcəsini bəlirlədi. Bu ikili meydanda deyilsə, vay-vay!
Oyunu məhz orta sahədə verdilər, göydən üç alma düşdü, «Turan Tovuz» layiqli qələbə qazandı.
MUSA
