"Araz-Naxçıvan" I Liqa komandasını BOS-da darmadağın etdi

18 Yanvar 22:30 Araz-Naxçıvan 142
"Araz-Naxçıvan" I Liqa komandasını BOS-da darmadağın etdi

Təlim-məşq toplanışını Bakıda davam etdirən "Araz-Naxçıvan" bu gün yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Andrey Demçenkonun komandası 1-ci liqa təmsilçisi "Zaqatala" ilə üz-üzə gəlib və 4:0 hesablı qələbə qazanıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən oyunda qolları Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurublar.

“Araz-Naxçıvan” ilk sınaq matçında əvəzedici komandasına 7:0 hesabı ilə qalib gəlib, 2-ci görüşdə "Qəbələ"yə uduzub - 0:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi