Sabiq “Qarabağ”lı yaşadıqları çətinlik haqda: “Hələ 5 ay vaxtımız var”

18:35 Araz-Naxçıvan 196
Sabiq “Qarabağ”lı yaşadıqları çətinlik haqda: “Hələ 5 ay vaxtımız var”

“Araz-Naxçıvan” rəhbərliyi komandanı növbəti dəfə avrokuboklarda görmək üçün baş məşqçini dəyişmək qərarına gəldi.

Sabiq çalışdırıcı Elmar Baxşıyevlə yollar ayrıldı ki, onu Andrey Demçenko əvəzlədi.

Ukraynalı mütəxəssisin qarşısına konkret hədəf qoyulub - “Araz-Naxçıvan”ı Avropaya aparnaq!

Turnir cədvəlindəki vəziyyətə baxanda, bu, heç də mümkünsüz görünmür.

“Qırmızı-ağlar” turnir cədvəlinin 3-cü pilləsində yer alan “Zirə”dən 2, 4-5-ci sıralardakı “Turan Tovuz”la “Sumqayıt”dan cəmi 1 xal geridə qalır.

Bir sözlə, ardıcıl ikinci dəfə Azərbaycanı beynəlxalq arenalarda təmsil etmək şansı kifayət qədər realdır.

“Araz”ın aparıcı üzvlərindən olan kabo-verdeli yarımmüdxafiəçi Patrik Andrade Sportinfo.az-a açıqlamasında inamını gizlətməyib:

“İndidən finiş barədə danışnaq çətindir. Çünki qarşıda 17 oyun, yəni 5 ay vaxtımız var.

Uzağa boylanmırıq, hər qarşıdan gələn oyunu düşünürük. Yalnız bu halda istəyimizə çata bilərik. Sonluğun xeyrimizə olacağına inanıram”.

Premyer Liqanın 16 turundan sonra aktivində 26 xal olan Naxçıvan təmsilçisi turnir cədvəlində 6-cı pilləsində qərarlaşıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti