Mövsümün ikinci hissəsinə Bakıda hazırlaşan “Araz-Naxçıvan”ın təlim-məşq toplanışı davam edir.
Sportinfo.az xəbər verir ki, "Qəbələ" ilə yoxlama oyunundan sonra bir gün istirahət edən komanda üzvləri məşqləri bərpa edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Naxçıvan klubu təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək.
“Araz-Naxçıvan” yanvarın 18-də I Liqada mübarizə aparan “Zaqatala” ilə qarşılaşacaq. Oyun saat 13:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.
İlkk yoxlama oyununda əvəzedici heyətə 7 cavabsız qolla qalib gələn “Araz-Naxçıvan” ikinci görüşündə “Qəbələ”yə 0:1 hesabı ilə uduzub.

