İstefaya göndərilən: “Deyim ki, kiminləsə düşmənçiliyimiz var idi...”

16 Yanvar 23:00 Araz-Naxçıvan 149
İstefaya göndərilən: “Deyim ki, kiminləsə düşmənçiliyimiz var idi...”

“Ola bilər, futbolçuları həmişə qorumağım kimlərinsə xoşuna gəlməyib”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında bir neçə gün öncə “Araz-Naxçıvan“dan ayrılmış Elmar Baxşıyev deyib.

2024-cü ilin aprelindən 2025-ci ilin sonuna kimi Muxtar Respublika təmsilçisini çalışdırmış mütəxəssis gedişi barədə danışıb.

Müqaviləsinə birtərəfli qaydada xitam verilmiş çalışdırıcı söyləyib:

“Klubda məni istəməyən qüvvələrin olduğunu hiss etmişdimmi? Deyim ki, kiminləsə düşmənçiliyimiz var idi, yox.

Mənim işim meydanda futbolçularla idi. Ofisə gedib-gələn deyildim, rəhbərliklə və ətrafı ilə hansısa kabinetdə görüşmürdüm.

İclas olanda da ya məşqçilərlə birgə gedirdik, ya da ümumi komanda qatılırdı. Təbii ki, istənilən halda hər zaman futbolçuları kənar tənqidlərdən, təzyiqlərdən qoruyurdum.

Çünki nəticəni qazanan da, oyunu uduzan da onlardır. Kimisə söyməklə, aşağılamaqla nəsə dəyişir ki?“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?