Yeni mövsümə hazırlıqlarını Azərbaycanda davam etdirən “Araz-Naxçıvan” və "Qəbələ" bu gün yoxlama oyununda üz-üzə gəliblər. Matç "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, matçdan sonra Muxtar Respublika təmsilçisinin baş məşqçisi Andrey Demçenko klubun mətbuat xidmətinə açıqlama verib:
"Bugünkü oyun daha çox məlumat xarakterli idi və nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə, futbolçular yorğunluq fonunda meydana çıxmışdılar.
Uşaqların verdiyimiz tapşırıqları nə dərəcə icra edə bildiklərinə diqqət yetirdik.
Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik".

