«Araz-Naxçıvan»ın maliyyə dayaqları zəifləyib.
Klubdan bu barədə redaksiyamıza məlumat daxil olub.
Saytımıza verilən informasiyaya görə, komanda Premyer Liqanın son turunda «Kəpəz» üzərində 2:0 hesablı qələbəyə görə mükafat almayıb.
Baş məşqçi postunda Elmar Baxşıyevi Andrey Demçenko ilə əvəzləyən Naxçıvan təmsilçisi mövsümün ikinci hissəsində də «kəmərini bərk sıxacaq».
Hər qələbə və ya heç-heçəyə görə kollektivə mükafat ödənilməyəcək. Yalnız iddialı rəqiblərlə qarşılaşmalar istisnadır. Onda da «ənam»ın miqdarı əvvəlkitək yüksək olmayacaq.
Bunun konkret səbəbi var - klubun başında dayananların maddi durumu qüruba enib. Onlar artıq biznesdən böyük pullar qazanmırlar.
Muxtar Respublika təmsilçisi ötən mövsümün bürünc medalçısıdır.
Cari sezon isə «ağ-qırmızılar» üçün yaxşı keçmir - ölkə kubokunda ¼ final mərhələsinə vəsiqə qazana bilməyən komanda 16 turdan sonra Premyer Liqanın turnir cədvəlində altıncı yerdədir.
SPORTİNFO.AZ

